İranda 4,5 maqnitudalı zəlzələ olub

İranın Qərbi Azərbaycan vilayətində 4,5 maqnitudalı zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bakı vaxtı ilə 01:25-də baş verən zəlzələnin ocağı 7,16 km dərinlikdə yerləşib.