Azərbaycanın bəzi rayonlarında yağıntılı və küləkli hava şəraiti müşahidə olunur, Şahdağda isə arabir qar yağıb.
Sjerg.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti noyabrın 22-si saat 10:00-a olan məlumatında bildirib.
Məlumata görə, noyabrın 21-i axşam şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində yağıntılar qeydə alınıb və ayrı-ayrı yerlərdə intensiv xarakter daşıyıb. Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 21, Zaqatalada 12, Kişçayda (Şəki) 10, Şəmkir və Tovuzda 9, Gədəbəydə 8, Balakən və Daşkəsəndə 6, Oğuzda 5, Gəncə və Ağstafada 4, Göygöldə 2, Qazax, Samux və Mingəçevirdə isə 1 millimetr olub.
Bundan əlavə, bəzi ərazilərdə qərb küləyi əsib. Küləyin maksimal sürəti Mingəçevirdə 21, Şahdağda 20, Goranboyda 19, Kəlbəcər və Naftalanda 18, Gədəbəy və Yardımlıda isə 16 m/s-dək güclənib.