WSJ: Ukraynanın müdafiə sənayesi istehsal imkanlarının son həddinə çatıb

Ukraynanın müdafiə sənayesi istehsal imkanlarının son həddinə çatıb və hazırda kritik vəziyyətdədir.

Teleqraf "The Wall Street Journal" (WSJ) qəzetinə istinadən xəbər verir ki, rəsmi Kiyev Rusiya ilə eyni həcmdə raket istehsal etmək gücündə deyil.

Nəşrin mənbələrinin məlumatına görə, maliyyə vəsaitləri 1 300-dən çox şirkət arasında bölüşdürüldüyündən ölkənin ən iri müdafiə müəssisələri ciddi vəsait çatışmazlığı yaşayır. Bundan əlavə, sahəyə yeni əməkdaşların cəlb edilməsi çətinləşib, mövcud zavodların genişləndirilməsi isə təhlükəsizlik baxımından riskli hesab olunur.