Xalq artisti ilə xalq deputatı arasında mövqe, fikir ayrılığı sosial şəbəkələrdə müzakirə mövzusudur. Muğam ifaçısı, bənzərsiz sənəti ilə seçilən və sevilən xalq artisti Könül Xasıyevanın bir “pub” açılışında qonaq qismində iştirak etməsi və muğam ifa etməsini deputat Elnarə Akimova tənqid edib. Deputat açıqlamasında gənclərin muğama maraq göstərməsini müsbət hal kimi dəyərləndirsə də, milli musiqi dəyərlərinin təqdim olunduğu məkanın uyğun seçilməli olduğunu və Könül Xasıyeva səviyyəsində bir sənətkarın bu cür məkanda çıxış etməsini qəbul etmədiyini vurğulayıb. Qeyd edək ki, Könül Xasıyeva uzun illərdir ağır xəstəlikdən əziyyət çəkir, bir neçə dəfə əməliyyat olunub. Hazırkı dövrü nəzərə alsaq, ifaçıların müxtəlif açlışlarda, müxtəlif səhnələrdə yer alması qeyri-adi görünməməlidir. Belə mıkanlarda çıxışa görə ifaçılara pul ödənilir, yəni, sənətləri ilə pul qazanırlar. Bir də ki, son zamanlarda qeyr-adi hərəkətlər, alışmadığımız, iniyədək görmədiymiz çox hadisələrə şahid oluruq. Məsələn, xalq artisti, istedadlı muğam ifaçısı, dünyada şöhrət qazanmış Alim Qasımov rep oxuyur, Üzeyir Mehdizadə ilə klip çəkdirir. Könül Xasıyeva da pub-da oxuyur. Fərqi nədir?
Könül Xasıyeva ətrafında yaranmış söz-söhbətə, əsasən də deputat Elnarə Akimovanın iradlarına ictimai xadim Ağa Salamov belə münasibət bildirib:
- Xalqın problemlərini dilə gətirməyə cəsarət etməyən, aylıq 9 000 AZN maaş alan deputat, aylıq 300 AZN Prezident təqaüdü alan Xalq artistinə irad tutur. Könül xanımın sənət stajı isə, onun yaşından da çoxdur. Mədəniyyət naminə danışan insan yalnız tənqid etməklə kifayətlənməməli, eyni zamanda mədəniyyətin bütün sahələrdə inkişaf etdirilməsi və tətbiqi yollarını da izah etməyi, bu istiqamətdə real addımların atılmasına töhfə verməyi bacarmalıdır. Qaldı ki, PUB-da muğam oxumağa... Bəli, bu da bir təbliğat formasıdır. Əsas məsələ məkan deyil, milli musiqimizin necə təqdim olunması və insanlara necə çatdırılmasıdır. İndi özünüz düşünün: insanları milli köklərinə, muğama və öz mədəniyyətinə yaxınlaşdıran yanaşma doğrudur, yoxsa onları bu dəyərlərdən uzaqlaşdıran münasibət?