Qətər İranın Bəhreynə hücumunu pisləyib

Qətər Bəhreyndəki mülki sənaye obyektinə İranın endirdiyi zərbəni pisləyib.

Teleqraf xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bəyanatda rəsmi Dohanın iqtisadi obyektlərə, mülki infrastruktura və dinc sakinlərə hücumları qəti şəkildə rədd etdiyi, bu addımların regionun təhlükəsizliyi və sabitliyini təhdid edən təhlükəli eskalasiya olduğu vurğulanıb.

Qeyd edək ki, Bəhreyn sənaye obyektinə edilən hücumun yanğına səbəb olduğunu açıqlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə şənbə günü gecə saatlarında Bəhreyndə yerləşən ABŞ-nin hava hücumundan müdafiə radar sistemlərini hədəf aldığını və bunun hava məkanının pozulmasına, eləcə də Henqam adasındakı radar qurğusuna hücuma cavab olduğunu bildirib.