Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonunda görünən dişi aslanın tutulması üçün genişmiqyaslı əməliyyat aparılır.
Sherg.az xəbər verir ki, Uskumruköy məhəlləsində aslanın göründüyü barədə məlumat daxil olduqdan sonra jandarma, polis və Təbiəti Mühafizə və Milli Parklar İdarəsinin əməkdaşları ərazidə axtarışlara başlayıblar.
Aslanın yeri termal kameralar vasitəsilə müəyyən edilsə də, hələlik onu tutmaq mümkün olmayıb. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib, sakinlərə evlərindən çıxmamaq barədə xəbərdarlıq edilib.
İstanbul Valiliyi heyvanın sağ ələ keçirilməsi üçün tədbirlərin davam etdiyini bildirib. Aslanın kimə məxsus olduğu və haradan qaçdığı ilə bağlı araşdırma başlanılıb.
