Ermənistanın yeni Konstitusiya layihəsi 2027-ci ilin yazınadək ictimai müzakirədə olacaq.
Sherg.az xəbər verir ki, bunu hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Arusyak Manavazyan bildirib.
Onun sözlərinə görə, bu müddət ərzində vətəndaşların rəy və təklifləri toplanacaq. Müzakirələr başa çatdıqdan sonra layihə parlamentə təqdim ediləcək.