Son xəbərlər

Kiyevə hücum: 15 nəfər öldü

Kiyev vilayətində noyabrın 22-də Rusiyanın endirdiyi zərbə nəticəsində yaranmış dağıntıların təmizlənməsi işləri davam etdirilir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.

Qeyd olunub ki, hazırda 15 nəfər itkin düşmüş hesab olunur, onların arasında iki uşaq - 12 yaşlı qız və 7 yaşlı oğlan da var:

"Son məlumata görə, bir qadın həlak olub, üç nəfər isə xəsarət alıb. Xəsarət alanlar arasında iki qadın və 16 yaşlı yeniyetmə oğlan var. Yeniyetmə xəstəxanaya yerləşdirilib. Hadisə yerində polis əməkdaşları, xilasedicilər və digər aidiyyəti qurumların əməkdaşları işlərini davam etdirirlər. Axtarış-xilasetmə işləri davam etdirilir".

Xatırladaq ki, Kiyev vilayətinin Dimer qəsəbəsində rus PUA-sı beşmərtəbəli yaşayış binasına çırpılıb.

***

Rusiyanın gecə saatlarında Ukraynanın paytaxtı Kiyev və ətraf bölgələrə endirdiyi zərbələr nəticəsində azı 15 nəfər ölüb.

Bu barədə AFP məlumat yayıb.

Bildirilib ki, Kiyevdən təxminən 45 kilometr şimalda yerləşən Dymer qəsəbəsində beşmərtəbəli yaşayış binasına endirilən zərbə nəticəsində binanın bir hissəsi çöküb.

Kiyev vilayətinin qubernatoru Timur Tkaçenko isə Teleqram kanalında bildirib ki, hadisə nəticəsində Dymerdə azı 11 nəfər həlak olub. Dağıntılar altında qalan sakinlərin axtarışı və xilasetmə işləri davam etdirilib.

Bundan başqa, Kiyev vilayətinin Bila Tserkva şəhərində yaşayış evinə endirilən zərbə yanğına səbəb olub. Nəticədə daha bir nəfər həyatını itirib.