Kreml Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların tezliklə bərpa olunacağını açıqlayıb.
APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə bağlı yeni üçtərəfli danışıqlar raundunun tezliklə keçiriləcəyini bildirib.
“Görüş tezliklə keçiriləcək, lakin hələlik görüşün tarixi ilə bağlı müəyyənlik yoxdur”, - o qeyd edib.
Kremlin sözçüsü əlavə edib ki, Moskva hazırda Əbu-Dabini növbəti üçtərəfli danışıqlar raundu üçün məkan kimi nəzərdən keçirir, lakin müxtəlif variantlar da mümkündür.
Qeyd edək ki, Moskva, Vaşinqton və Kiyev arasında son danışıqlar 10-11 noyabr tarixlərində Əbu-Dabidə keçirilib.