Ermənistan Konstitusiyasından Müstəqillik Bəyannaməsinə istinad çıxarıldı

Ermənistanda yeni Konstitusiya layihəsi dərc olunub.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, dərc olunmuş layihədə Müstəqillik Bəyannaməsinə istinad yer almır. Sənəd 89 maddədən ibarətdir.

Qeyd edək ki, həmin Bəyannamədə Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları ilə əlaqələndirilən müddəalar əks olunub. Rəsmi Bakı İrəvanla yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasından Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını şərt kimi irəli sürüb.