Gürcüstan prezidenti 232 məhkumu əfv edib

Gürcüstan prezidenti Mixeil Kavelaşvili Müqəddəs Georgi Günü (Giorqoba) münasibətilə 232 məhkumu əfv edib.

APA xəbər verir ki, bu barədə dövlət başçısının administrasiyası məlumat yayıb.

Bildirilib ki, əfv olunanlardan 216-sı həbsdə olan məhkumlar, 16-sı isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza çəkən şəxslərdir.

Qeyd edək ki, Gürcüstanda noyabrın 23-də qeyd olunan Giorqoba, ölkənin ən mühüm dini bayramlarından biridir. Bu gün dövlət bayramı və qeyri-iş günü hesab olunur.