Son xəbərlər

İlham Əliyev: Azərbaycan İtaliyanın enerji bazarına daxil olub

Azərbaycan İtaliyanın enerji bazarına daxil olaraq bu ölkədə neft emalı müəssisələri və yanacaqdoldurma məntəqələri əldə edib.

Sherg.az xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 23-də İtaliya Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul edərkən bildirib.

Dövlət başçısı İtaliyanın enerji sahəsində Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu vurğulayıb, həmçinin Azərbaycanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərən italyan şirkətlərinin sayının artmasını məmnunluqla qeyd edib.