“Bitcoin” kriptovalyutasının qiyməti “Nvidia” şirkətinin təsisçisi Censen Huanqın baş direktor vəzifəsinə qaytarılması barədə açıqlamadan sonra sürətlə yüksəlib.
“Binance” platformasının məlumatlarına görə, qərardan əvvəl “Bitcoin” 0,78 faiz bahalaşaraq 61 304 dollar səviyyəsində ticarət olunurdu.
Açıqlamadan sonra kriptovalyutanın qiyməti 64 603 dollara çatıb. Bu isə 6,21 faizlik artım deməkdir.
Daha sonra artım tempi zəifləyib.
Moskva vaxtı ilə saat 18:46-da “Bitcoin” 62 645 dollar səviyyəsində ticarət olunub. Bu zaman gündəlik artım 2,99 faiz təşkil edib.
Eyni vaxtda “Ethereum”un qiyməti 2,69 faiz yüksələrək 1 766 dollara çatıb.