Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Tramp administrasiyasının təklif etdiyi təhlükəsizlik zəmanətlərini tənqid edib. O bildirib ki, Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri NATO-nun 5-ci maddəsində nəzərdə tutulan təminatlara uyğun olmalıdır.
Sherg.az xəbər verir ki, Zelenski NATO Assambleyasında çıxışı zamanı deyib:
- “Bizə çox konkret suallara cavab lazımdır. Ölkəmizin ərazisində əvvəlcədən hansı qoşunlar yerləşdiriləcək? Bunun qiyməti nə qədər olacaq? Və həqiqətən işləyəcəkmi? Hələlik biz aydın və konkret cavablar eşitməmişik.”
Zelenskinin fikrincə, Ukraynanın NATO-ya tamhüquqlu üzvlüyü ölkənin yeganə etibarlı təhlükəsizlik təminatıdır.
Xəbərdə həmçinin Rusiyanın Ukraynanın NATO-ya üzvlüyünə qarşı olduğu və Moskvanın bunu Ukraynadakı münaqişənin başlanmasının səbəblərindən biri kimi qiymətləndirdiyi qeyd olunur.