Nvidia şirkətinin rəhbəri Jensen Huang vəzifəsinə qayıtdığı ilk gündə Kaliforniyadakı şirkət mərkəzində əməkdaşların alqışları və sevgi nümayişi ilə qarşılanıb.
Sherg.az xəbər verir ki, qalmaqallı iddialardan sonra vəzifəsindən ayrılan, daha sonra ABŞ Prezidenti Donald Trampın müdaxiləsi ilə yenidən CEO postuna qayıdan Huang şirkətə daxil olarkən əməkdaşlar onu coşqu ilə salamlayıblar.
Qarşılanma zamanı qadın əməkdaşlardan biri izdihamın arasından çıxaraq Huangı qucaqlayıb. İşçilər “Səni sevirik, Jensen!” şüarları səsləndiriblər.
Huang əməkdaşlara təşəkkür edərək ikinci şans verildiyi üçün minnətdarlığını bildirib və bu dəfə daha yaxşı rəhbər olacağına söz verib. O, yaşananlara görə üzr istəyərək keçmişdə ciddi səhvlər etdiyini də etiraf edib.
Qeyd edək ki, Huangın vəzifədən ayrılmasına şəxsi münasibətləri və Çinə çip ixracı ilə bağlı müxtəlif iddiaların səbəb olduğu bildirilir. Onun qayıdışı Nvidia səhmlərinin bahalaşması ilə də müşayiət olunub. Bununla belə, ABŞ Konqresində bəzi siyasətçilər şirkət rəhbərinin iddialarla bağlı açıqlama verməsini tələb ediblər.