Yaponiyalı alimlər yuxuların şifrəsinin açılması istiqamətində ilk addımı atıblar.
Sherg.az Baku.vs-yə istinadən xəbər verir ki, ATR institutunun əməkdaşları funksional MRT və maşın öyrənməsi texnologiyasından istifadə edərək insanların yuxuya gedərkən gördükləri obyektlərin kateqoriyalarını müəyyənləşdirməyə çalışıblar.
Tədqiqat zamanı iştirakçıların beyin fəaliyyəti qeydə alınıb və oyandıqdan sonra danışdıqları yuxularla müqayisə edilib. Sistem yuxuların ümumi elementlərini müəyyənləşdirə bilib. Lakin yuxunu bütövlükdə film kimi yenidən canlandırmaq hələlik gələcəyin texnologiyası olaraq qalır.