NATO-nun baş katibi Mark Rutte Türkiyənin Alyansla Asiya ölkələri arasında mühüm körpü rolunu oynadığını bildirib.
Sherg.az xəbər verir ki, Rutte Berlində NATO Parlament Assambleyasının 72-ci illik sessiyasında Türkiyə nümayəndə heyətinin üzvü Süreyya Öneş Dəricinin sualını cavablandırarkən Ankaranın Alyansın Asiya istiqamətindəki əməkdaşlığında əhəmiyyətini vurğulayıb.
O, Avstraliya, Yeni Zelandiya və Cənubi Koreya ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində irəliləyiş əldə olunduğunu, Yaponiyanın da bu baxımdan mühüm tərəfdaş olduğunu qeyd edib.
Rutte Türkiyənin coğrafi mövqeyinə diqqət çəkərək ölkənin NATO-nun şərq cinahında yerləşdiyini, həm cənub cinahında, həm də Asiya ilə münasibətlərdə mühüm rol oynadığını bildirib.