Son xəbərlər

Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB

Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili bu gün Azərbaycana rəsmi səfərə gəlib.

APA xəbər verir ki, onun dövlət rəsmiləri ilə görüşü gözlənilir.

10:47

Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili bu gün Azərbaycana rəsmi səfər edəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Məlumata əsasən, XİN başçısı ikigünlük səfər çərçivəsində rəsmi şəxslərlə ikitərəfli görüşlər keçirəcək.