Türkiyənin Ankara vilayətinin Kızılcahamam rayonundakı Soğuksu Milli Parkında ana ayı və balası güllələnərək öldürülüb. Hadisədən sonra iki ayı balası yetim qalıb.
Sherg.az Türkiyə mediasına istinadən xəbər verir ki, ayıların yaşayış məntəqəsinə enərək zibil konteynerlərini dağıtması və təhlükəsizliklə bağlı şikayətlər səbəbindən öldürülməsi barədə iddialar var. Türkiyə Meşəçilər Assosiasiyasının sədri Hüsrev Özkara bu qərarı tənqid edərək problemin elmi üsullarla həll edilməli olduğunu bildirib.
Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi hadisə ilə bağlı araşdırma aparılması üçün Təftiş Şurasının cəlb edildiyini açıqlayıb. Nazirlik həmçinin yetim qalan ayı balalarının tapılması və mühafizəyə götürülməsi üçün işlərin davam etdiyini bildirib.