Son xəbərlər

Atası onu boğmağa çalışdı, indi yarımtikilidə gizlənir: “Məni xilas edin!” - YENİLƏNİB

Füzuli rayonu, Balabəhmənli kənd sakini Tural Abdullayev video-müraciət yayaraq kömək istəyir. Bildirir ki, atası Mirağa tərəfindən şiddətə məruz qalıb.

İçki alidəçisi olan atası onu döyüb, boğmağa çalışarkən anası buna imkan verməyib və oğlunun evdən çıxıb qaçmasına şərait yaradıb. Hazırda Tural evlərinin yaxınlığındakı yarımtikilidə gizlənir. Çörəyi, suyu da yoxdur. Haldan düşür getdikcə. Xırıltılı səslə müraciət edən Tural polisdən kömək istəyir. Tural Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinə də zəng edib, lakin oradan da bir cavab almayıb. Əlacsız qalan Tural video-müraciət etməyə məcbur olub. Xahiş edir ki, onun müraciəti sosial şəbəkələrdə yayılsın, bəlkə aidiyyəti qurumlar vəziyyətlə maraqlanıb, müdaxilə etsinlər. 

***

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sherg.az-a verilən məlumata görə faktla bağlı polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.