Son xəbərlər

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb

Türkiyənin Eskişehir şəhərində təlim məqsədilə havaya qalxan Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, AS-532 tipli helikopter təlim uçuşu zamanı qəzaya uğrayıb.

Məlumata görə, helikopterin qalıqları aşkarlanıb. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Qəzanın səbəbi və mümkün itkilər barədə hələlik əlavə məlumat verilmir.