ABŞ müharibə zamanı zədələnmiş və əməliyyat baxımından istifadəyə yararsız hala düşmüş bəzi hərbi bazalarını daha ucqar yerlərə köçürməyə çalışır.
Teleqraf xəbər verir ki, bunu İranın Baş Qərargah rəisi general-mayor Əli Abdullahi bildirib.
Abdullahi Bəsic lideri Hüseyn Taib ilə görüşdə qeyd edib ki, ABŞ əməliyyat zamanı xeyli itki verib: "Yararsız hala düşmüş bazalarını daha uzaq yerlərə köçürməyə çalışır. Bu addımlar İranın təhdidlərə qarşı mövqeyinə təsir etməyəcək. Harada yerləşdirilməsindən asılı olmayaraq, həmin bazalar İranın hədəfi olacaq".