Son xəbərlər

Tula vilayətində 27 Ukrayna PUA-sı vurulub

Rusiya hava hücumundan müdafiə qüvvələri gecə saatlarında Tula vilayəti üzərində Ukraynaya məxsus 27 pilotsuz uçuş aparatını vurub.

Sherg.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Dmitri Milyayev məlumat verib.

Məlumata görə, hücum nəticəsində yerli sakinlər arasında xəsarət alan olmayıb. Bundan əvvəlki hücum zamanı isə Yefremov bələdiyyə dairəsində üç fərdi evin şüşələri qismən zədələnib.