Son xəbərlər

İki sərnişin təyyarəsinin qanadları bir-birinə toxunub

“American Airlines” aviaşirkətinə məxsus iki sərnişin təyyarəsi Vaşinqtondakı Ronald Reyqan adına Milli Hava Limanında hərəkət zamanı qanadları ilə bir-birinə toxunub.

APA xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası (FAA) məlumat yayıb.

Hadisə noyabrın 27-də baş verib. Qəza nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, 2025-ci ilin yanvarında həmin hava limanı yaxınlığında sərnişin təyyarəsi ilə ABŞ ordusuna məxsus helikopterin toqquşması nəticəsində 67 nəfər həlak olmuşdu.