Son xəbərlər

Premyer Liqa: “Turan Tovuz” “Kəpəz”i, “Sabah” “Araz-Naxçıvan”ı qəbul edir

Azərbaycan Premyer Liqasında XIII tur davam edir.

Sherg.az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.

Günün ilk matçında “Turan Tovuz” öz meydanında “Kəpəz”i qəbul edəcək. Qərb derbisini baş hakim İnqilab Məmmədov idarə edəcək.

Günün növbəti matçında isə “Sabah” “Araz-Naxçıvan”la qarşılaşacaq. “Sabah Arena”da baş tutacaq görüşü baş hakim Vüqar Həsənli idarə edəcək.

Qeyd edək ki, daha əvvəl “Şəfa” “İmişli”yə 3:1, “Neftçi” isə “Zirə”yə 1:0 hesabı ilə qalib gəlib. Tura sabah yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

XIII tur

28 noyabr

16:30. “Turan Tovuz” – “Kəpəz”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Namiq Bəkirov

VAR: Rəvan Həmzəzadə

AVAR: Teymur Teymurov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Anar Şixəliyev

Tovuz şəhər stadionu

19:00. “Sabah” – “Araz-Naxçıvan”

Hakimlər: Vüqar Həsənli, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov

VAR: Əli Əliyev

AVAR: Zeynal Zeynalov

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Erkin Hüseynov

“Sabah Arena”