Son xəbərlər

2026-cı ildə bir uşağı olan ailələr üçün ödəniş və güzəştlər açıqlanıb

Rusiyada ən azı bir uşağı olan ailələr üçün 2026-cı ildə bir sıra sosial ödəniş və güzəştlər nəzərdə tutulub.

Sherg.az xəbər verir ki, məlumata görə, ilk uşaq üçün analıq kapitalı 728 921 rubl, ikinci uşaq üçün isə 963 243 rubl təşkil edir. Ailələr həmçinin güzəştli ipoteka, vergi endirimləri və uşaq müavinətlərindən yararlana bilərlər.

Güzəştli ailə ipotekası 6 yaşadək ən azı bir uşağı və ya 18 yaşadək əlilliyi olan uşağı olan ailələrə şamil edilir. Bundan əlavə, uşağın təhsili, müalicəsi və idman məşğələləri ilə bağlı xərclər üzrə vergi güzəştləri də tətbiq olunur.