Əfqanıstanın Kunar vilayətində məktəbdə partlayış baş verib.
Sherg.az xəbər verir ki, bu barədə yerli polisə istinadən TOLOnews Plus teleqram kanalı məlumat yayıb.
Məlumata görə, hadisə şənbə günü vilayətin inzibati mərkəzi Əsadabad şəhərinin Əndərsir rayonunda baş verib.
Partlayışın səbəbləri hələlik məlum deyil. Hadisə nəticəsində ölən və yaralananların olub-olmaması barədə də məlumat verilməyib.
Polis hadisənin təfərrüatlarının daha sonra açıqlanacağını bildirib.