Son xəbərlər

Dövlət sərhədini pozmağa cəhd edən iki Əfqanıstan vətəndaşı saxlanıldı

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Bu barədə Teleqraf-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən 2 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı saxlanılib.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.