Polis hadisə ilə bağlı əməliyyat keçirib.
Sherg.az-ın əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən U.Əhmədov saxlanılaraq istintaqa təhvil verilib.
***
08:00
Bakının Sabunçu rayonunda ata və oğul bıçaqlanıb.
Sherg.az-ın əldə etdiyi məlumata görə, hadisə Bakıxanov qəsəbəsində yerləşən çayxanada baş verib.
Belə ki, 1985-ci il təvəllüdlü Fail Tofiq oğlu Məmmədov 72 yaşlı atası Tofiq Fail oğlu Məmmədovla birlikdə çayxanada əyləşərkən içəri daxil olan naməlum şəxs onlara bıçaqla hücum edib.
Nəticədə ata və oğul müxtəlif dərəcəli bıçaq xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar. Onların vəziyyəti orta ağır qiymətləndirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.