Hindistanın 17 yaşlı vunderkindi Raul Con Aju Rusiyada keçirilən AI Journey 2026 konfransında Prezident Vladimir Putinlə görüşüb və onunla selfi çəkdirib.
Sherg.az xəbər verir ki, məlumata görə, süni intellekt sahəsində çalışan Raul 9 yaşında proqramlaşdırma ilə maraqlanmağa başlayıb, 12 yaşında isə istifadə olunmuş detallardan robot hazırlayıb. O, hazırda 10-dan çox süni intellekt aləti yaradıb və 15 nəfərlik komandaya rəhbərlik edir.
Vunderkindin komandasında onun atası Cozef də çalışır. Raul həmçinin süni intellekt üzrə təhsil platforması yaradıb və bu platformanın təxminən 500 min istifadəçisi olduğu bildirilir.
Aju fevral ayında süni intellekt və uşaqların təhlükəsizliyinə həsr olunmuş BMT sessiyasında da çıxış edib.