Türkiyənin Konya Tropik Kəpənək Bağçasında adətən qara tonlarda olan Parides iphidamas növünün fərqli rənglərə sahib bir fərdi ziyarətçilərə nümayiş etdiriləcək.
Sherg.az xəbər verir ki, Mərkəzi və Cənubi Amerikada təbii şəkildə yayılan bu növün sözügedən fərdində ağabənzər narıncı, çəhrayı və açıq krem rəngləri müşahidə olunub.
Bağçanın bioloqları tərəfindən aşkarlanan kəpənək xüsusi ərazidə qorunur. Mütəxəssislər rəng dəyişikliyinə melanin piqmentinin azalmasının səbəb ola biləcəyini düşünürlər.
Bioloq Duyğu Taştan bildirib ki, bağçada yüz minlərlə kəpənək pupası olsa da, belə bir fərdlə ilk dəfə qarşılaşıblar. Onun sözlərinə görə, rəng dəyişikliyinin səbəbini müəyyənləşdirmək üçün müşahidə, araşdırma və genetik analiz aparılmalıdır.
Kəpənək ömrünü başa vurana qədər bağçada qorunacaq, daha sonra xüsusi prosedurdan keçirilərək Böcəklər Muzeyində nümayiş etdiriləcək.