Son xəbərlər

Almaniya Ukraynaya fermerlərə ayırdığından iki dəfə çox vəsait yönəldib

Almaniya 2027-ci il dövlət büdcəsində Ukraynaya 11,61 milyard avro yardım ayırmağı nəzərdə tutub. Bu məbləğ ölkənin fermerlərə və kənd təsərrüfatına illik xərclərindən təxminən iki dəfə çoxdur.

Sherg.az xəbər verir ki, bu barədə “Deutschlandfunk” nəşri məlumat yayıb.

Məlumata görə, Bundestaq Almaniyanın 2027-ci il üçün 555,9 milyard avro həcmində dövlət büdcəsini təsdiqləyib. Büdcədə Ukraynaya dəstək üçün 11,61 milyard avro vəsait nəzərdə tutulub.

Bununla yanaşı, Almaniyanın müdafiə xərcləri təxminən 140 milyard avroya çatıb. Bu, Soyuq müharibə dövründən bəri ölkənin müdafiə sahəsinə ayırdığı ən yüksək məbləğ kimi təqdim olunur.

Nəşrin məlumatında Almaniyanın hərbi xərclərini artırdığı vurğulanır. Rusiya isə Berlinin təhlükəsizlik siyasətində əsas təhdid kimi göstərdiyi ölkədir.

Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Fridrix Mertsin silahlanmanın artırılması siyasətini ölkənin idarə olunmasında yol verilən səhvləri ört-basdır etmək məqsədilə davam etdirdiyini iddia edib.