Son xəbərlər

Britaniyadakı ABŞ hərbi bazası yaxınlığında 6 PUA aşkarlandı

Britaniyanın Suffolk bölgəsində yerləşən ABŞ-ın Leykenhit aviabazası yaxınlığında uçan 6 pilotsuz uçuş aparatının (PUA) qarşısı alınıb.

Sherg.az xəbər verir ki, “Financial Times” nəşrinin məlumatına görə, noyabrın 13-də baş verən hadisə zamanı ABŞ qüvvələri PUA-ları uzaqlaşdırmaq üçün müdaxilə sistemlərini işə salıb. Təhlükəsizlik xəbərdarlığından sonra bazadakı şəxsi heyətə sığınacaqlara çəkilmək tapşırılıb.

Müdaxilədən sonra PUA-lar ərazidən uzaqlaşıb, lakin heç biri ələ keçirilməyib. Hadisə ilə bağlı İran ehtimalı da nəzərdən keçirilir. Aparatlarda silah və ya kəşfiyyat avadanlığının olub-olmadığı isə məlum deyil.

Qeyd edək ki, Leykenhit aviabazası Avropadakı ən böyük ABŞ döyüş təyyarələri bazası hesab olunur və burada təxminən 7 min nəfər xidmət edir.