Son xəbərlər

Almaniyada Ukrayna üçün dron istehsal edən müəssisənin mühafizəsi gücləndirildi

Almaniyada Ukrayna Silahlı Qüvvələri üçün pilotsuz uçuş aparatları istehsal etməyi planlaşdıran müəssisənin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Sherg.az xəbər verir ki, bu barədə “Bild” qəzeti hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, Almaniya polisi Vayterştadt şəhərində yerləşən “Wingcopter” şirkətinin müəssisəsinin mühafizəsini gücləndirib. Əraziyə çoxsaylı polis əməkdaşları cəlb olunub, həmçinin güclü işıqlandırma vasitələrindən istifadə edilib.

Hüquq-mühafizə orqanları təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin səbəbini və polis patrullarının müəssisəyə nə vaxt göndərildiyini açıqlamayıb.

Nəşrin məlumatına görə, “Wingcopter” şirkəti Ukraynanın “Shadow Flytech” tərəfdaşı ilə birlikdə Ukrayna Silahlı Qüvvələri üçün pilotsuz uçuş aparatlarının istehsalını planlaşdırır.

“Bild”in “7aktuell” nəşrinə istinadən yaydığı məlumata əsasən, cümə günündən şənbəyə keçən gecə müəssisənin yaxınlığında 15 xüsusi təyinatlı və təcili xidmət avtomobili müşahidə edilib.