ABŞ-nin Kentukki ştatında baş verən silahlı insident nəticəsində ikisi yeniyetmə olmaqla, 7 nəfər yaralanıb.
Sherg.az xəbər verir ki, bu barədə yerli polis sosial şəbəkələrdə məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının açıqlamasına görə, güllə yarası alan 7 nəfər xəstəxanaya çatdırılıb. Onlardan ikisinin yeniyetmə, beşinin isə yetkinlik yaşına çatmış şəxs olduğu bildirilir.
Atışma cümə günü axşam saatlarında ad günü məclisi zamanı baş verib. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyi və atəş açmasının səbəbi hələlik açıqlanmayıb. Onun saxlanılıb-saxlanılmadığı, eləcə də yaralıların vəziyyəti barədə məlumat verilməyib.
Qeyd edək ki, bundan əvvəl ABŞ-nin Ohayo ştatında da oxşar hadisə baş verib. Tədbir məkanında açılan atəş nəticəsində üç nəfər həlak olub.