Polşa hüquq-mühafizə orqanlarının sorğusu əsasında İnterpol tərəfindən axtarışda olan Polşa vətəndaşı Batumidə həbs edilib.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, həmin şəxs bir sıra ağır cinayətlər törətməkdə şübhəli bilinir. O, Polşa Cinayət Məcəlləsinin yeddi maddəsi ilə, o cümlədən hədə-qorxu, təhdid, fırıldaqçılıq, dövlət hakimiyyətini qanunsuz mənimsəmə və başqasının şəxsiyyətini təsdiq edən sənəddən istifadədə ittiham olunur.
Polşa vətəndaşı Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi Departamentinin Acarıstan Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində həbs edilib.
Hazırda həbs olunan şəxsin Polşaya ekstradisiyası üçün hüquqi prosedurlar həyata keçirilir.