İtaliyanın Baş naziri Corca Meloni ölkəsinin Ukraynaya dəstəyinin milli maraqlardan üstün tutulmayacağını bildirib.
Sherg.az xəbər verir ki, Meloni bu barədə “Biz mülayimik” partiyasının milli assambleyasında çıxışı zamanı danışıb.
O qeyd edib ki, İtaliya Ukraynaya dəstəyi davam etdirəcək, lakin bu dəstək heç vaxt ölkənin milli maraqlarının qorunmasından üstün ola bilməz.
“Lakin bu, heç vaxt İtaliyanın milli maraqlarının müdafiəsindən daha vacib ola bilməz”, – deyə Meloni vurğulayıb.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Liviyanın Benqazi limanına hücumundan sonra Meloni Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb. Meloni söhbət zamanı Kiyevə dəstəyin Ukrayna tərəfinin həyata keçirdiyi bütün hərbi əməliyyatlarla razılaşmaq anlamına gəlmədiyini bildirib.
Məlumata görə, Zelenski söhbət zamanı Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları ilə Benqazi limanına zərbələr endirməsinin Kiyevin müttəfiqləri ilə razılaşdırılmadığını etiraf edib.