İranda son bir ay ərzində saxta spirtli içki qəbulundan zəhərlənən 32 nəfər ölüb, 833 nəfər zəhərlənib.
Sherg.az xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kirmənpur bildirib ki, zəhərlənənlərdən 673-ü xəstəxanadan evə buraxılıb, 160 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, spirtli içki istehlakının qadağan olunduğu İranda qanunsuz içki istehsalında daha ucuz olan metil spirtindən istifadə edilməsi halları ölüm və görmə itkisinə səbəb olan zəhərlənmələrə gətirib çıxarır.