Gürcüstan Xarici İşlər Nazirliyi Batumidə keçirilən futbol matçında baş verən insidentlərlə bağlı Türkiyənin Tbilisidəki səfiri Mustafa Türker Əlini XİN-ə çağırıb.
Gürcüstan XİN rəhbərinin müavini Laşa Darsaliya “Beşiktaş” – “Hapoel Beer-Şeva” matçı zamanı Türkiyə azarkeşlərinin təxribatçı hərəkətlərindən narahatlığını ifadə edib. İnsident nəticəsində stadionun infrastrukturuna ziyan dəyib, bir neçə gürcü polis əməkdaşı xəsarət alıb.
Gürcüstan tərəfi Türkiyənin azarkeşlərin hərəkətlərinə qiymət verəcəyinə və gələcəkdə oxşar halların qarşısının alınmasına kömək edəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, noyabrın 26-da Batumidə “Beşiktaş” azarkeşləri ilə polis arasında toqquşma baş verib. Daha sonra Türkiyə XİN də hadisə ilə bağlı Gürcüstanın Ankaradakı səfirini çağırıb.