Son xəbərlər

Bu referendum nə vaxtsa keçirilməlidir - Paşinyan

Ermənistanda Aİİ ilə AB arasında seçimlə bağlı referendum nə vaxtsa keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

"Bu referendum nə vaxtsa keçiriləcək. Çünki həm qüvvədə olan Konstitusiyada, həm də yeni Konstitusiya layihəsində inteqrasiya birliklərinə üzvlük məsələsinin referendum yolu ilə həll olunacağı qeyd edilir",- o bildirib.

Baş nazir bildirib ki, hökumət xalq üçün alternativlər yaratmağa çalışır və bu alternativlər formalaşdırıldıqdan sonra məsələ vətəndaşların səsverməsinə çıxarılacaq.