Ehtiyatda olan general: Türk dövlətləri dərhal ortaq ordu yaratmalıdır”

Türk dövlətləri Qazaxıstan hadisələrinin öz ərazilərində təkrarlanmaması üçün dərhal birgə silahlı qüvvələr yaratmağa başlamalıdırlar.
“Sherg.az” “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu keçmiş briqada generalı və Türkiyənin Azərbaycandakı keçmiş attaşesi Yucel Karauz “Telegram”da "Türkiyənin Səsi" portalına  bildirib.
Bu sözlərlə ehtiyatda olan general Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə,  Özbəkistan, Macarıstan  və Türkmənistanın müşahidəçi ölkə kimi daxil olduğu Türk Dövlətləri Təşkilatına üz tutub:
“Təşkilatın elə ilk iclasında birgə hərbi qüvvələrin yaradılması ilə bağlı hüquqi tədbirlər görülməli və real addımlar atılmalıdır. Geciksək, ciddi zərərlə üzləşə bilərik. İndi Qazaxıstanda baş verənlər digər qardaş respublikalarda da baş verə bilər”.
Çimnaz ŞAHLAR