“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı, uduzdu

Bu gün Azərbaycan 1-ci liqasının 8-ci turuna start verilib.

QOL.az xəbər verir ki, ilk oyun günündə 3 görüş keçirilib.

Günün ən maraqla gözlənilən qarşılaşması Xankəndidə olub. "Xankəndi" klubu doğma şəhərindəki ilk oyununda "Karvan-Yevlax"ı qəbul edib. Əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Xankəndi şəhər stadionunda keçirilən ilk matç Yevlax təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

19 noyabr (cümə axşamı)

14:00. MOİK – “Səbail” - 0:0

Qırmızı vərəqə: E.Morqan, 75 ("Səbail")

Hakimlər: Namiq Bəkirov, Safalı Ağayev, Məmmədəli Kərimov, Alik Yunusov

Binə qəsəbə stadionu

14:30. “Mingəçevir” – “Baku Sportinq” - 1:0

Qollar: S.Oqunmola, 16

Hakimlər: Ceyhun Hüseynov, Mirnihad Seyidov, Aydın Baxşiyev, Rövşən Rəcəbov

Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)

16:00. “Xankəndi” – “Karvan-Yevlax” - 0:2

Qollar: İ.Əliyev, 67, O.Onyeka, 77

Hakimlər: Kamranbəy Rəhimov, Sənan Atayev, Vüqar Bayramov, Nazim Abdullayev

Xankəndi şəhər stadionu