“Real Madrid” Arda Gülərlə müqaviləni 2032-ci ilədək uzatdı

İspaniyanın “Real Madrid” klubu Türkiyə millisinin üzvü Arda Gülərlə müqavilənin müddətini 2032-ci ilədək uzadıb.

Sherg.az xəbər verir ki, klubun rəsmi açıqlamasına görə, 20 yaşlı futbolçu 2023-cü ilin iyulundan çıxış etdiyi Madrid təmsilçisinin heyətində indiyədək 126 oyuna çıxıb və 5 titul qazanıb.

Qeyd edək ki, Arda Güler 2026-cı il “Globe Soccer Awards” mükafatında “İlin yüksələn oyunçusu” nominasiyasına da namizəddir. Mükafatlandırma mərasimi dekabrın 28-də Dubayda keçiriləcək.