“Qarabağ”ın futbolçusu Aleksey Kaşuk Ukrayna millisinin heyətində növbəti oyununa çıxıb.
QOL.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Gürcüstanla qarşılaşmada ikinci hissədə meydana daxil olub.
Kaşuk matçın 64-cü dəqiqəsində Qennadi Sinçuku əvəzləyib. Beləliklə, “Qarabağ”ın futbolçusu görüşün əsas vaxtının son 26 dəqiqəsində və hakim tərəfindən əlavə olunmuş vaxtda meydanda olub.
Ukrayna millisi qarşılaşmadan 1:0 hesablı qələbə ilə ayrılıb.
Görüş UEFA Millətlər Liqasının B Liqasının 2-ci qrupunun 6-cı turu çərçivəsində Slovakiyanın Koşitse şəhərində keçirilib. Oyunda yeganə qolu 1-ci dəqiqədə Danilo Sikan vurub.
Qeyd edək ki, bu, Kaşukun Ukrayna millisində ikinci oyunu olub.