Bakıda rəssam ögey qardaşı tərəfindən öldürülüb

Ötən gün Binəqədi rayonu ərazisində 23 yaşlı qadın qətlə yetirilib.

Sherg.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, həmin gənc Gülarə Mehdiyeva adlı xanım olub.

O, rəssamlıq fəaliyyəti ilə məşğul olurmuş.

Qeyd edək ki, Gülarə Mehdiyeva kəsici-deşici alətlə xəsarət alaraq xəstəxanada həyatını itirib. Polisin keçirdiyi tədbirlərlə cinayəti törətməkdə şübhəli olan ögey qardaşı A.Mehdiyev saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.