Türkiyə və Suriya dəmiryol tikintisi üzərində işləyir

Suriya və Türkiyə Fars körfəzinin neft hasil edən dövlətləri ilə onları birləşdirən dəmir yolu layihəsinin inkişafını sürətləndirmək barədə razılığa gəliblər.

Axar.az xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani türkiyəli həmkarı Hakan Fidanla danışıqlardan sonra Ankarada keçirilən mətbuat konfransında bildirib.

"Coğrafi mövqeyimiz ölkələrimizin üzərinə Avropa ilə Fars körfəzi regionu arasında həyati əhəmiyyətli bir dəhliz yaratmaq üçün ortaq bir məsuliyyət qoyur. Türkiyədən Suriya ərazisi vasitəsilə İordaniya və Fars körfəzinə dəmir yolunun tikintisi layihəsinin hazırlanması və həyata keçirilməsinin sürətləndirilməsi zərurəti barədə ortaq bir razılığa gəldik."

Şeybani qeyd edib ki, Dəməşq və Ankara Suriya məhsullarının Türkiyə bazarlarına çıxışını asanlaşdırmaq və investorları qorumaq üçün hüquqi çərçivə yaratmaq üzərində işləyirlər:

"Biz 2025-ci ildə təxminən 3,7 milyard dollara çatan və böyüməyə davam edən ikitərəfli ticarəti artırmağa çalışırıq. Növbəti illərdə bunu 10 milyard dollara çatmağı hədəfləyirik".