Yerevan merinin yenidən namizəd göstərilməsi ilə bağlı narazılıq artır

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasında Yerevan meri Tiqran Avinyanın 2028-ci il seçkilərində yenidən namizəd göstərilməsi ilə bağlı narazılıq artır.

Sherg.az yerli mediaya istinadən xəbər verir ki, partiya daxilində Avinyanın uğursuz məmur olduğu və ictimaiyyət tərəfindən ciddi tənqid edildiyi bildirilir. Onun namizədliyinin yenidən irəli sürülməsinin əleyhinə olanlar Baş nazir Nikol Paşinyanı da bu mövqeyə inandırmağa çalışırlar.

Narazılığın əsas səbəbləri arasında Yerevanda nəqliyyat, zibil və tıxac problemləri ilə yanaşı, Avinyanın şəhərsalma sahəsindəki “iştahaları” da göstərilir. Partiyadakı bəzi şəxslər hesab edir ki, mer “inqilabın dəyərlərinə xəyanət edib” və paytaxt sakinlərini onun lehinə səs verməyə inandırmaq çətin olacaq.

Mətbuatın məlumatına görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan da Yerevan meri postuna namizədliyini irəli sürməyi nəzərdən keçirir və reytinqinin Avinyandan yüksək olduğunu düşünür.