Rusiya Aİ-ni ikili standartlarda ittiham edib

Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallasın Rusiya hərbçiləri barədə kəşfiyyat məlumatlarının əldə olunması ilə bağlı açıqlaması Moskvanın narazılığına səbəb olub.

SHERG.AZ xəbər verir ki, Rusiyanın Aİ yanında daimi nümayəndəliyi Kallasın sözlərinin Avropa İttifaqının qanunvericiliyinə uyğunluğunu şübhə altına alıb.

Rusiya diplomatik nümayəndəliyinin bəyanatında Brüsselin hüquqi prinsiplərə selektiv yanaşdığı və ikili standartlar nümayiş etdirdiyi bildirilib.

Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov da Kallasın açıqlamalarını şərh edərək, Avropa nümayəndələrinin Ukrayna münaqişəsinin həllinə real töhfə verə biləcəyini şübhə altına alıb.