ABŞ-da aviaşirkət və iri bankların sistemində nasazlıq baş verib

ABŞ-ın United Airlines aviaşirkətinin sistemində texniki nasazlıq yaranıb.

Serg.az xəbər verir ki, problem bir neçə reysin gecikməsinə səbəb olub.

Şirkətdən bildirilib ki, texniki qruplar nasazlığı operativ şəkildə aradan qaldırıb və sistemin fəaliyyəti bərpa olunub.

Bununla yanaşı, Chase Bank, JP Morgan və Bank of America müştəriləri də bank xidmətlərində və mobil tətbiqlərdə yaranan problemlərdən şikayət ediblər.

İlkin məlumata görə, nasazlıqlar texniki səbəblərlə bağlıdır. Kiberhücum ehtimalı isə hələlik təsdiqlənməyib.