Ziddiyyət var, Tramp Baydenin sanksiyalarını uzadır - Lavrov

Rusiya və ABŞ arasında aparılan danışıqlarda kifayət qədər ziddiyyətli məsələlər var.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov ABŞ-ın keçmiş prezidenti Co Bayden dövründə Rusiya şirkətlərinə, xüsusilə “Lukoyl” və “Rosneft”ə sanksiyaların tətbiq olunduğunu bildirib:

“Donald Trampın bunun "mənim yox, Baydenin müharibəsidir" deməsinə baxmayaraq, onlar Baydenin bütün sanksiyalarını uzadırlar".